Sumqayıtda toy yasa döndü

Sumqayıtda 55 yaşlı kişi toyda ölüb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən "Gold Palas" şadlıq sarayında baş verib. Toy məclisində qonaq qismində iştirak edən, 1967-ci il təvəllüdlü Bayramov Saleh Bəylər oğlu toyda halı qəfil pisləşib. Şadlıq sarayına təcili tibbi yardım briqadası gələrək xəstəni müayinə edib. Məlum olub ki, S.Bayramov infakt keçirib. O təcili olaraq xəstəxanaya götürülsə də, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR