Bu gecə nadir hadisə yaşanacaq

İyunun 24-nə keçən gecə Yer kürəsinin sakinləri nadir, 18 ildən bir baş verən astronomik hadisənin şahidi olacaqlar.

Metbuat.az xəbər verir ki, günəş sisteminin yeddi planeti - Yupiter, Merkuri, Saturn, Venera, Mars, Neptun və Uran sıra ilə düzüləcək. Adı çəkilən son iki planet ən uzaqda yerləşdikləri üçün onları ancaq xüsusi aparatlarla görmək mümkündür.

Məlumata görə, Ay Venera və Marsın arasında görünəcək. Ən yaxşı müşahidə vaxtı Günəş çıxmazdan yarım saat əvvəl hesab olunur.

Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq.

Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR