FIA prezidenti Azərbaycan Qran-prisinin marşallarına təşəkkür edib -

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəməəd ibn Sulayem "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Marşal Klubunun üzvləri ilə tanışlığı olub.

BŞH-dən Metbuat.az-a verilən məlumata görə, o, yerli marşalların fəaliyyəti ilə yaxından tanış olaraq, onların yarışlara hazırlığını yüksək qiymətləndirib.

Sulayem və yarışın direktoru Nils Vittiç Bakı treki boyu çalışan 1 400 marşalın yüksək performansı və yarış zamanı baş verən hadisələrə çevik reaksiya qabiliyyətini xüsusi vurğulayıb.

Həmçinin, FIA rəsmiləri avtoidman tarixində ilk dəfə trek ərazisində marşal postu yalnız xanımlardan ibarət heyətlə tanış olub, onlara nümayiş etdirdikləri fəallığa görə təşəkkürünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR