SOCAR və ENOC birgə layihələr üzrə perspektivləri müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti (ENOC) arasında birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

“ENOC şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə apardıq”, - deyə M.Cabbarov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR