Beyləqanda uzunluğu 36 kilometr olan yol asfaltlanır - FOTO / VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik sözügedən avtomobil yolu AAYDA tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Layihəyə uyğun olaraq uzunluğu 8 kilometr olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.

Artıq bu hissədə texnoloji ardıcıllığa uyğun olaraq, suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq asfalt örtüyünün alt qatının salınması işləri yekunlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR