Rusiyadan ŞOK "TAXIL PLANI": Hamısı oyun imiş -

ABŞ kəşfiyyatı Rusiya ilə bağlı yeni iddia gündəmə gətirib.

Metbuat.az xəbər verir ki, Rusiya Qara dənizdəki limanlara mina yerləşdirib. İddia edilir ki, Rusiya ordusu Ukrayna taxılının daşınması üçün istifadə ediləcək Dnepr çayına isə çoxdan mina yerləşdirib. Bildirilir ki, Rusiya böhranı aradan qaldırmaq üçün səylər göstərdiyini nümayiş etdirsə də, məqsəd qida böhranını artırmaqdır. Mina yerləşdirməklə Rusiya Ukraynanın Qara dənizə çıxışını tamamilə bloklamaq istəyir. Qida böhranının artırılmasında məqsəd Qərb üzərində təzyiq yaratmaqdır.

Kəşfiyyat Ukraynanın ən böyük ikinci taxıl terminalının və günəbaxan yağının olduğu anbarın Rusiya tərəfindən bombalanmasından sonra çəkilmiş peyk görüntülərini yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR