Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü - FOTO

Azərbaycanlı şair Ümid Nəccari beynəlxalq mükafata layiq görülüb.

Metbuat.az xəbər verir ki, Ruminiyanın nüfuzlu Beynəlxalq Mihai Eminescu medalına layiq görülən Ümid Nəccari Mihai Eminescu akademiyasının üzvü seçilib.

Mihai Eminescu Akademiyasının Beynəlxalq festivalında 30-dan çox ölkənin nümayəndəsi iştirak edib. Festival Ruminiyanın şairlər şəhəri adını qazanmış Craiovada keçirilib.

Qeyd edək ki, Ümid Nəccarinin əsərləri İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Kosovo, Ruminiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları tərcümə olunaraq işıqlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR