2 min hərbçi mühasirəyə düşdü -

Rusiya ordusu Severodonetsk şəhərində aralarında muzdlu döyüşçülərin də olduğu 2 min Ukraynalı hərbçini mühasirəyə alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, döyüşlər zamanı rus qüvvələri 40 zirehli texnika və 80 silah ələ keçirib. Çeçenistan lideri Ramzan Kadırov isə bildirib ki, Severodonetsk şəhərindəki Gorskoye və Zolotoye məntəqələri də Rusiyanın nəzarətinə keçib.

Qeyd edək ki, Ukrayna tərəfi ordunun Severodonetskdən çəkiləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR