"Zirə" Türkiyəyə yola düşüb -

Bakıdakı hazırlığını başa vuran "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb.

Metbuat.az-a klubun mətbuat xidmətindən verilən xəbərə görə,Türkiyəyə yola düşən "qartallar" Bolu şəhərində iki yoxlama oyunu keçirəcək.

İyulun 7-də Bakıya dönəcək "Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv "Makkabi"si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR