Bakı sakinindən 3 kq narkotik götürülüb

Bakı sakini narkotiklə saxlanılıb.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əhmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 3 kiloqram 34 qram heroin götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR