“Səbail" heyətinə yeni futbolçu cəlb etdi

Bakının “Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib.

Metbuat.az xəbər verir ki, Bakı təmsilçisi “Şamaxı”dan ayrılan yarımmüdafiəçi Rafael Məhərrəmlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İyirmi üç yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Futbolçu daha əvvəl "Qarabağ" və "Zirə"də də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR