"Gənc Tarixçilər" İctimai Birliyi yaradıldı - FOTO

Bu gün "Sabunçu Gənclər Evi"ndə baş tutan görüş zamanı "Gənc Tarixçilər" İctimai Birliyinin yaradılması haqqında ölkə ictimaiyyətinə məlumat verildi.

Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Gənc Tarixçilər" İctimai Birliyinin həmtəsisçisi və sədri Kənan Məmmədov açaraq bildirdi ki, birliyin əsas məqsədi Azərbaycan tarixini və mədəniyyətini, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təbliğ etməkdən ibarətdir.

Kənan Məmmədov qeyd etdi ki, nizamnamədə nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün birlik, müxtəlif kurslar və seminarlar təşkil etməyi, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etməyi, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi nəzərdə tutur. Daha sonra söz qonaqlara verildi. Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, Musa Qasımlı Tarix elminin öyrənilməsinin və gələcək nəsillərə doğru şəkildə aşılanmasının əhəmiyyətindən bəhs etdi.

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov gənclərin maarifçilik sahəsində fəaliyyətlərini hər zaman alqışladığını və onlara dəstək olduğunu ifadə etdi. Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu cumhuriyyət tarixinin xüsusilə araşdırılmasının və bu sahədə mühüm tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd etdi. Tədbirin sonunda qonaqlarla xatirə şəkili çəkdirildi və gənclərlə görüş çay süfrəsi arxasında davam etdirildi.

Bir 11 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 1 nəfər və ayaqda şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR