Azərbaycanda vəzifəli şəxs

Ötən gün Göygöldə baş verən yol-nəqliyyat qəzası zamanı xəsarət alan sürücü bu gün xəstəxanada vəfat edib.

Metbuat.az xəbər verir ki, ötən gün rayonda “Tofaş” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində xəsarət alan 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Asif Bayramovun Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR