Astarada gözəllik salonu yandı

Astara şəhərində gözəllik salonunda yanğın baş verib.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Astara şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 1 m² sahədə və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR