Bakıda ağır qəza: Ölənlər və yaralananlar var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində baş verib.

Belə ki, 10-GV-746 dövlət nişanlı, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb.

Bu zaman “VAZ-2106” ilə “BMW” markalı maşın toqquşub. Zərbənin gücündən “VAZ-2106”nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb.

“BMW”nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Ölən hər üç şəxsin meyiti morqa təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR