Azərbaycanın Kiyevdəki səfirliyinin binasında raket zərbəsindən çatlar əmələ gəlib

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi olub və nəticədə binanın divarlarında çatlar əmələ gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, 2 ay əvvəl də səfirliyin binası zərbədən xəsarət alıb. Lakin bunun nəticələri aradan qaldırılıbmış.

Bu gün isə bina yenidən xəsarət alıb, səfirlik əməkdaşlarının həyatı təhlükə altına düşüb. Qeyd edək ki, Kiyevdəki səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bina yeni təmir edilibmiş.

İndi isə zərbə daha da yaxında olduğu üçün binanın divarlarında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR