Mövlud Çavuşoğlu Azərbaycana gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə o tviter hesabında yazıb.

“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün Bakıdayıq”, - Mövlud Çavuşoğlu bildirib.

Səfərdə onu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu və digər rəsmi şəxslər müşayiət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR