​“Qarabağ” - “Lex” oyununun biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” (Polşa) oyununun biletləri sabah - iyunun 27-dən satışa çıxarılacaq.

Metbuat.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Biletlərin satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR