"Neftçi" braziliyalı hücumçu ilə vidalaşıb

"Neftçi" futbolçususu Ramon Maçado ilə vidalaşıb.

Metbuat.az xəbər verir ki, braziliyalı hücumçu ilə başa çatan müqavilə başa çatıb.

"Ağ-qaralar" 27 yaşlı forvarda təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR