Müəmmalı şəkildə yoxa çıxan generalın aqibəti məlum oldu -

Ukraynadakı müharibənin ilk həftələrində hərbi əməliyyatları idarə edən lakin sonra müəmmalı şəkildə yoxa çıxan general Aleksandr Dvornikovun taleyi məlum olub.

Metbuat.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının məlumatına görə, Prezident Vladimir Putin “Hələb qəssabı” ləqəbli Dvornikov da daxil olmaqla çox sayda generalı qovub. Bildirilir ki, Rusiya ordusunun müharibənin ilk həfətlərində uğursuz həmlələri Putini qəzəbləndirib.

Qeyd edək ki, Aleksandr Dvornikov Rusiya ordusunun Suriyadakı hərbi əməliyyatlarını idarə edən ilk komandan idi. Ukrayna müharibəsi başlayandan bir neçə həftə sonra generalın müəmmalı şəkildə yoxa çıxması müxtəlif müzakirələrin səsləndirilməsinə səbəb olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR