Güvəndiyi adlar öldürüldü -

Rusiya prezidenti Vladimir Putin Ukraynaya 67 yaşlı, istefada olan general Paveli göndərəcək.

Metbuat.az "Daily Star"a istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən 128 kq çəkidə olan bu generalın müharibəyə göndərilməsi təəccüb doğurub.

Nəşrin məlumatına görə, hazırda təqaüddə olan, Suriyada döyüşən rus generalı Pavel xidmətə çağırılıb. Hətta generalın qidalanma tərzi də ətraflı şəkildə paylaşılıb. Pavelin gündə 5 dəfə yemək yediyi və hər gün araq içdiyi iddia edilir, çəkisinin isə təxminən 128 kiloqram olduğu bildirilib.

"Daily Star"a danışan mənbə qeyd edib ki, Putinin yüksək səviyyəli əsgərləri Ukraynadakı müharibədə ya öldürülüb, ya da yaralanıb. Beləliklə, indi o, uzun müddət döyüşməyən ikinci dərəcəli əsgərləri cəbhəyə göndərir.

Xatırladaq ki, Rusiya - Ukrayna arasındakı müharibə fevralın 24-dən bugünədək davam edir. Müharibədə 30 mindən çox rus əsgərin öldüyü, 100 min əsgərin isə yaralandığı təxmin edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR