Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində qeyd olunub.
Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış.
Sosial şəbəkədə həmçinin dostları ilə onun yazışmaları paylaşılıb.