Ukraynada içərisində 1000 nəfər olan ticarət mərkəzi vuruldu -

Rusiya ordusu Ukraynanın Kremençuq şəhərindəki ticarət mərkəzini raketlə vurub. Həmin an binada mindən çox insan olub.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzini raketlərlə atəşə tutublar. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, - Zelenski yazıb.

O, bu obyektin Rusiya ordusu üçün heç bir təhlükə və strateji əhəmiyyət daşımadığını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR