Bakıda üç avtomobildən pul oğurlanıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “VAZ” markalı 3 avtomobildən pul, sənəd, maqnitofon və səsgücləndirici oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Nəbiyev saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR