9 aylıq hamilə qadının qəfil ölümü ilə bağlı TƏBİB-dən

Xəbər verdiyimiz kimi, Astara rayonunun Giləkəran kəndində 9 aylıq hamilə qadın qəflətən evində ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)dən verilən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

"27.06.2022-ci il tarixində saat 10:12 radələrində Astara şəhər sakini Astara şəhər sakini 07.08.1997-ci il təvəllüdlü 38-39 həftəlik hamilə qadın evdə baş vermiş qəfləti ölümlə Təcili Təxirəsalınmaz Tibbi Yardımla Astara Mərkəzi Xəstəxanasına gətirilib. Meyid ekspertiza üçün Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara şəhər şöbəsinə təhvil verilib. Hamilə daimi antenatal nəzarətdə olub, ölümündən 2 gün əvvəl həkimi ilə telefonla danışıb, səhhəti ilə bağlı hamilə tərəfindən heç bir narahatlıq ifadə olunmayıb. Ölümün səbəbi aidiyyəti orqanlar tərəfindən araşdırılır" - deyə bildirilib.

Həmçinin oxuya bilərsiniz: Qəfildən vəfat edən 9 aylıq hamilə olan Aytənin ölümünün TƏFƏRRÜATLARI / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR