İranlı nazirdən Ankarada GÖZLƏNİLMƏZ AÇIQLAMA:

“Türkiyənin təhlükəsizlik narahatlığını yaxşı anlayırıq. Bu vəziyyət bəlkə xüsusi hərbi əməliyyata ehtiyac yarada bilər”.

Metbuat.az xəbər verir ki, Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir araya gələn İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian belə deyib. O bildirib ki, Türkiyənin təhlükəsizlik problemləri müzakirə edilməlidir.

Qeyd edək ki, İran tərəfi əvvəlki açıqlamalarda Türkiyənin Suriyadakı mümkün hərbi əməliyyatlarına qarşı çıxmışdı.

Türkiyə mənbələri xəbər verir ki, türk kəşfiyyatı ölkədə İsrail vətəndaşlarına qarşı sui-qəsd təşkil etməyə cəhd edən iranlıları saxlayıb. İran təkzib etsə də, iranlıların türk kəşfiyyatının əlinə keçməsi Tehranı çətin duruma salıb. İranın Türkiyəyə qarşı mövqeyinin yumşalması bu hadisə ilə əlaqələndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR