Rusiya Minskə “İsgəndər-M” raketləri verir

“Belarusa nüvə raketlərinin verilməsi gündəmdə deyil”.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Prezidentlərin görüşü zamanı bu məsələ gündəmə gəlməyib. Peskovun sözlərinə görə, Belarusa digər silahların verilməsi gündəmdədir.

Qeyd edək ki, Sankt-Peterburqda Vladimir Putin və Aleksandr Lukaşenko arasındakı görüş zamanı Minskə “İsgəndər-M” raketlərinin verilməsi müzakirə edilib. Nüvə başlığı daşıya bilən raketlərin Belarusa verilməsi Qərbdə narahatlıq yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR