Gürcüstan taxıl ixracını

Gürcüstanın Baş naziri İraklli Qaribaşvili ölkədən taxıl ixracının qadağan edilməsini nəzərdə tutan fərmanı imzalayıb.

Metbuat.az xəbər verir ki, hökumət qərarın qida təhlükəsizliyi ilə əlaqəli olduğunu bəyan edib.

"Rusiya-Ukrayna müharibəsinə görə dünyada qida təhlükəsizliyi ilə əlaqədar Gürcüstandan buğda və arpanın ixracı 1 iyul 2023-cü ilədək qadağan edilir”, - deyə hökumətin açıqlamasında bildirilib.

Qeyd edilib ki, taxıl ixracına qadağa iyulun 4-dən tətbiq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR