Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar

Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar pensiyaya tez çıxa biləcəklər.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etməsi ilə mümkün olub.

Belə ki, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya çıxmaq hüququ veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR