Dörd ayda Azərbaycanda 18 mindən çox cütlük nikaha daxil olub

Yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18 min 506 nikaha daxilolma və 5043 boşanma halı qeydə alınıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.5-dən 5.6-ya qədər artıb, boşanmaların sayı isə 1.6-dan 1.5-ə enib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR