Xalidə Kəngərlinin intiharı ilə bağlı

Bakıda tanınmış həkimin özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR