Röyadan qardaşına qeyri-adi toy hədiyyəsi -

Xalq artisti Röya Ayxan qardaşı ilə bağlı maraqlı açıqlama ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, tanınmış müğənni Space TV-də yayımlanan “Deməsəm, olmaz” proqramında müğənni qardaşı Ayxanın toy hədiyyəsi kimi burnunu kəsdirəcəyini deyib.

“Efirdə olan adam özünə baxmalıdır. Kimin pulu varsa, özünə baxsın. Kişi dostlarım var ki, burunlarını əməliyyat etdiriblər. Baxdıqda bilinmir. Normaldır! Qardaşım Ayxana demişəm ki, toyundan əvvəl burnunu kəsdirəcəyəm,sənə hədiyyə edəcəm, Qızı tapsın, edəcəyəm. Ayxanın 30 yaşı var, yəqin sevdiyi var, amma bəlkə də, mənə demir, utanır. Şəxsi həyatlarına çox girmirəm”, - deyə R.Ayxan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR