Azərbaycan Prezidenti Türkmənistanda səfərdədir - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib.

Metbuat.az xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.


09:32

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda səfər edəcək.

Metbuat.az xəbər verir ki, Prezident Aşqabadda keçiriləcək Xəzər Sammitinə qatılacaq.

Həmçinin Rusiya prezidenti Vladimir Putin Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək Xəzər sammitində iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR