Məktəblər də monopoliyadadır -

"Azərbaycan məktəblərini əsl poliqona çevriblər".

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev deyib.

E.Əliyev qeyd edib ki, uşaqlarla "Georgi lenti" tədbirindən sonra dini mahnıların oxudulmasına başlanılıb:

"Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur. Bakı məktəb direktorlarının bildirdiyi kimi bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. Bakı Şəhər Təhsil İdarəsinin müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Bağça monopoliyası da ona verilib. Deyirlər ki, kəsdiyi başa zaval yoxdur. Direktor təyinatı məsələsini anındaca həll edir...Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib. Məktəbi dağıdanlardan qoruyaq!", - deputat sonda çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR