Rusiya ordusu Ukraynada azərbaycanlıların obyektlərini bombaladı

Ukraynada müharibə davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Baku TV-nin Ukraynada olan əməkdaşı məlumatları çatdırıb.

O bildirib ki, ötən gün də Ukraynada gərgin keçib. Rusiya ordusunun atdığı raket nəticəsində Nikolayev şəhərində yaşayış binası dağıntılara məruz qalıb. Ölən və yaralananlar var.

Kiyevdə isə şəkər tozu zavodu dağıdılıb. Bu hadisə nəticəsində də xəsarət alanlar olub.

Bundan başqa, Donetskdə azərbaycanlılara məxsus restoran və mağaza raket atəşi nəticəsində dağıdılıb. Hadisə gecə saatlarında baş verdiyi üçün xoşbəxtlikdən heç kəs xəsarət almayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR