Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Metbuat.az xəbər verir ki, ilk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub.

İlk qrupda 180 nəfər var. Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957-ci il təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Xatırladaq ki, Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR