NATO zirvəsində Putini qəzəbləndirən mənzərə: Ərdoğan, Bayden və Conson... - FOTOLAR

Madriddə keçirilən NATO liderləri arasındakı toplantı zamanı ölkə rəhbərləri ayaqüstü söhbət ediblər.

Metbuat.az xəbər verir ki, toplantı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın dövlət rəhbəri Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasındakı səmimi davranışlar diqqət çəkib. Ölkə rəhbərləri gülərək müzakirələr aparıblar. Söhbət zamanı Conson Ərdoğana türk dilində “çox gözəlsən” deyib. Ərdoğan da Consona eyni cavabı verib. Dialoq tərəfləri güldürüb.

Xarici KİV-lər səmimi dialoqu “Putini qəzəbləndirən mənzərə”, “Putin bu mənəzərəni görməsin” kimi başlıqlarla oxucularına çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR