"Turan Tovuz" "Sabah"ın 2 futbolçusunu icarəyə götürüb

"Turan Tovuz" "Sabah" klubunun 2 futbolçusunu icarəyə götürüb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Şakir Seyidov 2022/2023 mövsümünü Tovuz klubunda keçirəcək.

Bundan başqa, Tovuz təmsilçisi "Sabah"ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb. 20 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Veysəl Rzayev 2019-2020 mövsümündə "Turan Tovuz"un heyətində I Divizionun qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR