Prezident: “Türkmənistanla Azərbaycan arasında yük axını artır”

“Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axını artır”.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovlə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur: “Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir. Həm Türkmənistanda, həm də Azərbaycanda müasir dəniz limanları inşa edilib, dəmir yolu infrastrukturuna böyük sərmayə qoyulub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR