Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudlaşma 30 iyun saat 08:00-dan 3 iyul saat 20:00-dək davam edəcək.

"Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR