Qadını avtobusda təpiklə yıxan sürücü ilə bağlı QƏRAR VERİLDİ - VİDEO

Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.

Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

"Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun APA-ya verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.

Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR