Dövlət Dəniz Akademiyasına imtahansız qəbul mümkündür? -

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) sosial şəbəkələrdə tələbə qəbulu ilə bağlı yayılan elanlarla əlaqədar açıqlama yayıb.

Metbuat.az-ın məlumatına görə, açıqlamada deyilir ki, son günlər “TikTok” və digər sosial şəbəkələrdə Akademiyaya imtahansız qəbul haqqında elanlar paylaşılır.

“Bu elanlar tamamilə saxtadır və qəbul Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qərara əsasən, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına uyğun aparılır.

Hazırda ali təhsil müəssisələrinə qəbul dövrüdür. Belə həssas vaxtda həm abituriyentləri, həm də onların yaxınlarını bu cür saxta elanlara inanmamağa çağırırıq.

Eyni zamanda belə elanların müəlliflərini xəbərdar edirik ki, bu əməllərini davam etdirdikləri təqdirdə hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciət olunacaq.

ADDA haqqında www.adda.edu.az, qəbul qaydaları haqqında ətraflı məlumatı www.dim.gov.az saytından almaq mümkündür”, - deyə açıqlamada qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR