Ərdoğan-Bayden görüşünün detalları:

Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co bayden arasındakı görüşün detalları məlum olub.

Metbuat.az xəbər verir ki, görüşü yaxından izləyən jurnalistlərin sözlərinə görə, toplantı müsbət ab-havada keçib. 1 saat 10 dəqiqə davam edən müzakirələr zamanı Bayden Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün səy göstərəcəyinə söz verib. Bayden bildirib ki, Türkiyəyə F-16 təyyarələrinin verilməsi üçün Konqresin razı salınmasına dair səy göstərəcəyini bildirib.

Jurnalistlərin sözlərinə görə, Ərdoğan müzakirə zamanı digər tələblərini də deyib. Bayden Ərdoğanın tələblərini dinləyib və ciddi etirazlar etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR