Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü saxlanılıb? -

Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında insident baş verib. Hadisə ilə bağlı avtobusun sürücüsünün saxlanıldığına dair yayılan məlumatlara rəsmi cavab verilib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.

Həmçinin oxuya bilərsiniz: Sərnişinlə sürücü arasında insident: Sürücü qadını avtobusdan təpiklə çıxardı - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR