ABŞ-ın raket testi uğursuz oldu

ABŞ-ın Havay adasında keçirdiyi səsdən sürətli raket testi uğursuzluğa düçar olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, raketin buraxılmasından sonra texniki səhv baş verib. Lakin texniki səhvin detalları barədə məlumat verilməyib. Məlumata görə, ABŞ bəzi uğurlu testlər həyata keçirsə də, yekun nəticə yoxdur.

Qeyd edək ki, ABŞ səsdən sürətli raketlərin ərsəyə gətirilməsi üçün Çin və Rusiya ilə mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR