SON DƏQİQƏ: Ukrayna ordusu İlan adasında qələbə qazandı

Rusiya qüvvələri Qara dənizdəki İlan adasından çəkilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya İlan adasındakı tapşırığı tamamladığı üçün oraya yerləşdirilmiş qarnizonu geri çəkib. Açıqlamada deyilir ki, Rusiya bu həmləsi ilə Ukraynadan taxıl məhsullarının ixracı üçün qurulmaq istənilən humanitar dəhlizə maneə törətmədiyini göstərmiş olub. Ukraynanın Prezident ofisi isə məlumata belə reaksiya verib:

“İlan adasında artıq rus birliklər yoxdur. Silahlı qüvvələrimiz mükəmməl iş gördü”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR