"Rusiya ilə NATO arasında müharibə ola bilər" - ŞOK AÇIQLAMA

“Ukraynadakı müharibəni dayandırmalı olan şəxs Vladimir Putindir”.

Metbuat.az xəbər verir ki, NATO rəhbəri Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Ukraynanın müdafiə olunması üçün NATO dəstəyini davam etdirəcək. Stoltenberq NATO ilə Rusiya arasında müharibənin ola biləcəyini istisna etməyib.

“Rusiya ilə NATO arasında müharibənin ola biləcəyini və bunun çox dağıdıcı və pis nəticələr ortaya çıxara biləcəyini bilirik” - deyə Stoltenberq bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR