Ukrayna Rusiyanı 4 aydır gözləyir

11:27 19 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hökuməti Rusiya Federasiyasını yanvarın 19-dan etibarən Donbassda atəşkəsi təmin etməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in bəyanatında deyilir.

Bəyanatda 5 və 19 sentyabr 2014-cü il tarixli Minsk razılaşmalarına əməl olunması, o cümlədən atəşin dayandırılması və Rusiya-Ukrayna sərhədinə Ukrayna dövlətinin nəzarətinin təmin olunması çağırışı əksini tapıb. “Ukrayna Minsk razılaşmalarına tam əməl edir və 4 aydır ki, bu razılaşmaların Rusiya və silahlılar tərəfindən yerinə yetirilməsini gözləyir”, - deyə bəyanatda bildirilir. Ukrayna XİN üçtərəfli təmas qrupunun işində iştirak etməyə hər an hazır odluğunu bəyan edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkonu atəşin qarşılıqlı dayandırılması üçün birgə tədbirlə görməyə çağırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR