Sumqayıtda kişi sevgilisinin uşaqlarını döyərək xəsarət yetirdi -

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb. Həmin şəxs və uşaqların anası narkotik asılığından əziyyət çəkirlər:

"Uşaqların təhlükəsizliyi üçün xala ilə baba onları Uşaq Sığınacağına yerləşdirib. 1 ildir ki, uşaqlar təhsildən yayınıblar".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR