Həcc adı ilə dələduzluq - 15 nəfər HƏBS EDİLDİ

Səudiyyə Ərəbistanı polisi Həcc ziyarətində iştirak etmək istəyənlərdən dələduzluq yolu ilə pul toplamaqda şübhəli bilinən 15 nəfəri həbs edib.

Metbuat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ziyarət Məsələləri üzrə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər sosial şəbəkədə mehmanxana nömrələri və nəqliyyat xidməti ilə bağlı reklam kampaniyası aparıb. Dələduzlar həm də qurban kəsilməsinə köməklik göstərəcəklərini təklif ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR